Tayvanda son 25 ilin ən güclü zəlzələsi - Video - Yenilənib

tayvanda-son-25-ilin-en-guclu-zelzelesi
Oxunma sayı: 2705

Xəbər verdiyimiz kimi, Tayvanda 7,7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub, 100-ə yaxın insan isə yaralanıb.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, bu, Tayvanda son 25 ildə qeydə alınan ən güclü zəlzələ olub. 

Hazırda təbii fəlakət səbəbindən 87 min insan işıqsız qalıb. Ölkə üzrə bir çox iş yerlərindən insanlar təxliyə edilib. 

Zəlzələdən sonra Yaponiya və Filippində sunami təhlükəsi elan edilsə də, daha sonradan xəbərdarlıq ləğv edilib.

***

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 7-yə, xəsarət alanların sayı isə 736-ya çatıb.