Tbilisidə etirazların növbəti günü...

tbiliside-etirazlarin-novbeti-gunu
Oxunma sayı: 1668

Tbilisidə etiraz aksiyalarının növbəti günü keçirilir.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, minlərlə etirazçı parlament binasının qarşısına toplaşıb.

Onlar hökumətin istefasını və parlament seçkilərinin təkrar keçirilməsini tələb edən plakatlarla “Rustaveli” prospektini bağlayıblar.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.