Tbilisidəki partlayışda ölənlərin sayı artdı - Yenilənib

tbilisideki-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 7378

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Boçoromi küçəsində yerləşən “Battleground” atıcılıq klubunda partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mtavari” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. 

Qeyri-rəsmi məlumatlarda qaz balonunun partladığı bildirilir. 

***

Gürcüstan Daxili İşlər Nazirliyi partlayışla bağlı məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.