Təcridxanada saxlanılan 40 yaşlı kişi öldü

tecridxanada-saxlanilan-40-yasli-kisi-oldu
Oxunma sayı: 2884

Bakıda istintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 18 radələrində Penitensiar Xidmətin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.