İran rəsmiləri ABŞ ilə danışıqlardan çıxmadıqlarını, prosesə sadəcə müvəqqəti fasilə verdiklərini və imzalanmış anlaşma memorandumuna uyğun olaraq dialoqu davam etdirməyə hazır olduqlarını Pakistan tərəfinə bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İordaniyanın “Ammon News” agentliyi məlumat yayıb.
Tehran məsləhətləşmələrin dayandırıldığı nöqtədən bərpa olunmasında israr edir. İran hakimiyyəti Cenevrə, Doha və ya İslamabadda danışıqların yeni raundunu keçirməyə hazır olduğunu təsdiqləyib. Bununla belə, qarşı tərəfə müzakirələrin dəqiq ardıcıllığı təqdim olunub: əvvəlcə Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti, daha sonra dondurulmuş aktivlərin blokdan çıxarılması və yalnız bunlardan sonra nüvə proqramı müzakirə edilməlidir.
Eyni zamanda İran Pakistan tərəfinə Hörmüz boğazında yeni dəhlizin yaradılmasından imtina etdiyini də çatdırıb.
Son məlumatlara görə, ABŞ Prezidenti HHM sistemləri üçün raket və digər sursat ehtiyatlarının tükənməsi narahatlığına görə İrana qarşı hərbi əməliyyatları genişləndirməmək qərarına gəlib. Lakin İran hərbçiləri ABŞ-nin hücumları artacağı təqdirdə Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə hərəkəti tamamilə bloklayacaqları ilə bağlı xəbərdarlıq ediblər.
Son xəbərlər
Son Xəbərlər