Tərtər rayonunda yanğın hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənd sakini Maarif Quliyevə məxsus yaşayış sahəsində baş verən yanğın nəticəsində ev tamamilə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölməsi cəlb olunub. Yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər