ABŞ Milli Kəşfiyyatının direktor müavini Aaron Lukas qurumun rəhbəri Tulsi Qabbardın istefasından sonra direktor vəzifəsini müvəqqəti icra edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Ağ Ev rəhbəri paylaşımında Qabbardın bu postda “inanılmaz” bir fəaliyyət göstərdiyini xüsusi vurğulayıb:
“Milli Kəşfiyyat direktorunun birinci müavini Aaron Lukas rəhbər vəzifəsinin icrasına başlayacaq”.
Xatırladaq ki, bu qərardan bir qədər əvvəl rəsmi Vaşinqtonda ciddi rezonans doğuran istefa xəbəri yayılmışdı. Belə ki, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard həyat yoldaşında sümük xərçənginin nadir bir forması aşkarlanması səbəbindən vəzifəsindən getmək qərarı alıb. O, bu qərar barədə dövlət başçısına Oval kabinetdə şəxsən məlumat verib. Qabbardın rəsmi olaraq son iş günü iyunun 30-u olacaq.
Son xəbərlər
Son Xəbərlər