Trampın hədələrinə İrandan cavab - “Bu yerlər hədəfə alınacaq”

trampin-hedelerine-irandan-cavab
Oxunma sayı: 427

ABŞ İrandakı mülki hədəflərə hücum edərsə, münaqişə regiondan kənara yayılacaq və bütün Yaxın Şərq enerji infrastrukturu hədəfə alınacaq.

“Qafqazinfo” “Tasnim”ə istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlığı bəyanat yayıb:

“Əgər ABŞ-ın təhdidləri həyata keçirilərsə, İran Silahlı Qüvvələri bir damla neftin ixracına icazə verməyəcək və regionun neft, qaz, elektrik enerjisi və iqtisadi infrastrukturu hücumların hədəfinə çevriləcək. Vaşinqtonun təkrarlanan təhdidləri regionda və hətta onun hüdudlarından kənarda müharibənin genişlənməsindən başqa heç bir nəticə verməyəcək”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 22-də xəbərdarlıq edərək bildirmişdi ki, ABŞ ordusu Hörmüz boğazında gəmilərə edilən hər hücuma cavab olaraq İrandakı bir körpü və ya elektrik stansiyasını məhv edəcək. Bir gün əvvəl isə o, Vaşinqtonun İrandakı hərbi əməliyyatları bitirməkdən hələ çox uzaq olduğunu və Amerikanın Tehranın nüvə silahı hazırlamaq üçün istifadə etdiyi iddia edilən obyekti vura biləcəyini bəyan etmişdi.