Trampın sağ əli xərçəngə qalib gəldi

trampin-sag-eli-xercenge-qalib-geldi
Oxunma sayı: 187

Ağ Evin aparat rəhbəri Syuzan Uayls onkoloji xəstəliklə mübarizəsini uğurla başa vurduğunu və tam sağaldığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, Uayls bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Şəxsi həyatımla bağlı xoş xəbəri bölüşməkdən şadam... Bədənimdə xərçəng aşkar edilmədi”, – deyə o qeyd edib. Ağ Ev rəsmisi bu həftə hərtərəfli tibbi müayinədən keçdiyini və nəticələrin tam təmiz çıxdığını vurğulayıb.

Xatırladaq ki, mart ayında ABŞ Prezidenti Donald Tramp Uaylsa ilkin mərhələdə süd vəzisi xərçəngi diaqnozu qoyulduğunu bildirmişdi. O, “Truth Social” hesabında proqnozların mükəmməl olduğunu yazmışdı. Syuzan Uayls müalicə kursu keçməsinə baxmayaraq, Ağ Evdəki vəzifə borclarını fasiləsiz icra etməyə davam etmişdi.

1957-ci il təvəllüdlü Uayls Donald Trampın 2016-cı ildə Floridadakı, 2024-cü ildə isə ümumölkə üzrə zəfərlə başa çatan seçki kampaniyalarına rəhbərlik edən əsas fiqurlardan biridir.