ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfərə yollanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Axios” portalı yayıb.
Məlumata görə, o, Rusiyada ölkə Prezidenti Vladimir Putinlə görüşəcək.
Bununla belə, ABŞ Dövlət Departamenti səfərlə bağlı məlumatı şərh etməyib.
***
“Flightradar” xidmətinin məlumatına əsasən, Uitkoffun təyyarəsi Sankt-Peterburqda yerə enib.
Məlumatlara görə, təyyarə Fort-Loderdeyl beynəlxalq aeroportundan havaya qalxıb və Sankt-Peterburqun Pulkovo hava limanında yerə enib.
Xatırladaq ki, Trampın xüsusi nümayəndəsi bundan əvvəl cari ilin martın 13-də Rusiyaya səfər etmişdi.
***
Kremlin rəsmi sözçüsü Dmitri Peskov S.Uitkoffun hazırda Rusiyada olması barədə yayılan məlumatı təsdiq edib.
Peskovun sözlərinə görə, Rusiya lideri ilə Trampın xüsusi nümayəndəsi arasında görüş olarsa, Kreml bu barədə məlumat verəcək.