Trampla görüşmək üçün ABŞ-yə gedəcək

trampla-gorusmek-ucun-abs-ye-gedecek
Oxunma sayı: 299

Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-də səfərdə olacaq.

“Qafqazinfo” “Politico” nəşrinə istinadən xəbər verir ki, sentyabrın 24-də Çin lideri Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Görüşlər zamanı ticarət məsələləri, Tayvan, süni intellekt, eləcə də İran və Hörmüz boğazındakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Nəşrin məlumatına görə, Si Cinpin bu səfər səbəbindən BMT Baş Assambleyasının iclasına qatılmayacaq.

Xatırladaq ki, Donald Tramp bu ilin may ayında Çinə dövlət səfəri etmişdi. Həmin səfərdə onu İlon Mask, Tim Kuk və “Nvidia” rəhbəri də daxil olmaqla ABŞ-nin böyük şirkətlərinin rəhbərləri müşayiət etmişdilər.