“Turan Tovuz” Peşəkar Futbol Klubu UEFA Konfrans Liqasında iştirakı ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi müraciətin nəticəsini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
“İdman Arbitraj Məhkəməsi (CAS) klubumuzun müraciəti ilə bağlı qərarını açıqlayıb. Qurum UEFA Appelyasiya Orqanının klubumuz haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb. 15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcəyik”, - deyə məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər