“Türk Hava Yolları” İrəvana uçuşlara başlayır

turk-hava-yollari-irevana-ucuslara-baslayir
Oxunma sayı: 585

Türkiyənin “Türk Hava Yolları” aviaşirkəti Ermənistanın paytaxtı İrəvana müntəzəm uçuşlara başlayır.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, aviaşirkət martın 11-dən gündəlik İstanbul-İrəvan-İstanbul reysləri həyata keçirəcək. 

Məlumata görə, daha sonradan uçuşların sayı artırılacaq. Belə ki, mayın 14-dən həftədə 10, iyunun 15-dən isə 14 reys həyata keçiriləcək.