“Türkiyə İsrailə qarşı yeni tədbirlər görəcək” - Hakan Fidan

turkiye-israile-qarsi-yeni-tedbirler-gorecek
Oxunma sayı: 2261

Türkiyə hakimiyyəti İsrailə qarşı yeni tədbirlər görəcək.

“Qafqazinfo” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin XİN başçısı Hakan Fidan deyib.

“İsrail Qəzza zolağına yardım çatdırmaq cəhdlərimizin qarşısını almağa çalışır. Bu vəziyyətlə əlaqədar olaraq biz İsrailə qarşı bir sıra yeni tədbirlər tətbiq etmək qərarına gəldik. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən bu tədbirlər dərhal və mərhələli şəkildə həyata keçiriləcək”, - o bildirib.

Nazir qeyd edib ki, bu tədbirlər İsrail tam atəşkəs elan edənə və humanitar yardımın Qəzzaya maneəsiz axınına icazə verənə qədər qüvvədə qalacaq.