Türkiyə öz mesajlaşma proqramını təqdim edəcək - Bayraktar açıqladı

turkiye-oz-mesajlasma-proqramini-teqdim-edecek
Oxunma sayı: 1270

“Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraktar yerli mesajlaşma proqramının tezliklə istifadəyə veriləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bayraktar bir sosial media istifadəçisinin “Abi, bizə mesajlaşma proqramı hazırla” mesajına cavab verib.

“O da hazırdır, hətta, istifadə də edirik... Çox yaxındır”, sözlərini yazıb.

Lakin, yeni mesajlaşma proqramının bütün istifadəçilər üçün əlçatan olmasının vaxtı hələ də maraq mövzusu olaraq qalır.