Türkiyədə güclü zəlzələ, rekord ölüm qeydə alındı - Video - Yenilənib

turkiyede-guclu-zelzele-rekord-olum-qeyde-alindi
Oxunma sayı: 41054

Türkiyədə güclü zəlzələ baş verib. 

“Qafqazinfo” xəbər verir ki, zəlzələ Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərdə müxtəlif dərəcədə hiss edilib. 

Malatyada 150-yə yaxın bina dağılıb, 3 ölü və xeyli sayda itkin var. Şanlıurfada zəlzələdən zərər çəkənlərin sayı daha çoxdur. İlkin məlumata görə, şəhərdə zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkədə 4-cü dərəcəli həyəcan təbili elan edilib. Nazir hələ ki, dağıntı və tələfat barədə konkret rəqəm səsləndirməyib. 

***

İlkin məlumata görə, zəlzələnin episentri olan Kahramanmaraşda təbii fəlakət 7,4 bal gücündə hiss edilib. 

***

Ən son məlumata görə, zəlzələ nəticəsində Malatyada 23 ölü, 420 yaralı, Şanlıurfada 18 ölü, 67 yaralı, Diyarbakırda 6 ölü, 79 yaralı, Osmaniyedə isə 5 ölü var. 

***

Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb.

Bununla yanaşı, Malatyada 140 binanın uçduğu bildirilir. 

***

Həlak olanların sayı 284-ə, yaralıların sayı isə 2323-ə çatıb.

Bununla yanaşı, 1710 bina uçub. Ölü sayının artacağı gözlənilir.

***

AFAD-ın məlumatına görə, zəlzələ 30 saniyədən daha artıq davam edib.

Dağıntılar Kahramanmaraş, Malatya, Gaziantep, Hatay, Adana, Kilis, Adıyaman, Diyarbakır, Şanlıurfa və Osmaniyedə qeydə alınıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə Halların İdarə Edilməsi Agentliyində (AFAD) keçirdiyi brifinqdə bildirib ki, zəlzələ 7,7 bal gücündə olub. Yeraltı təkanlar nəticəsində 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb.

Bununla yanaşı 2470 nəfər dağıntılar altından çıxarılıb, 2818 bina dağılıb.

Ölkə başçısı ölü və yaralı sayının artacağını istisna etməyib.

***

Zəlzələdə ölənlərin sayı 1014-ə, yaralıların sayı isə 7003-ə çatıb.

***

Həlak olanların sayı 1121 nəfərə yüksəlib. 7634 nəfər isə yaralanıb.

***

Türkiyədəki zəlzələ nəticəsində həlak olanların sayı 2921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.

***

Həlak olanları sayı 3381 nəfərə, yaralıların sayı isə 20 426 nəfərə yüksəlib.

***

AFAD-ın məlumatına görə, həlak olanların sayı 3432, yaralıların sayı isə 21 103 nəfərə çatıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə 3549 nəfərin həlak olduğunu açıqlayıb. O bildirib ki, 22 168 nəfər xəsarət alıb.

***

Zəlzələdə ölənlərin sayı 3703-ə, yaralıların sayı isə 22 286-ya çatıb.

***

Ölənlərin sayı 4544-ə çatıb. Yaralıların sayı isə 26 721-dir.

***

Zəlzələdə ölənlərin sayı 5434 nəfərə, yaralıların sayı isə 31 777 nəfərə çatıb.

***

Ölənlərin sayı 5894 nəfərə, yaralıların sayı isə 34 810 nəfərə çatıb.

***

Zəlzələ nəticəsində 6957 nəfər həlak olub. Yaralıların sayı isə 38 224 nəfərə çatıb.

***

AFAD-ın məlumatına görə, ölənlərin sayı 7108 nəfərə yüksəlib, yaralıların sayı isə 40 910 nəfərə çatıb.

***

Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, ölənlərin sayı 8574-ə yüksəlib, 49 133 nəfər xəsarət alıb. 6444 bina isə dağılıb.

***

Türkiyədə baş verən zəlzələlərdə 9 min 57 nəfər həyatını itirib, 52 min 979 nəfər yaralanıb, 6 min 444 bina dağılıb.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391, yaralananların sayı isə 62 914 nəfərə çatıb.

***

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, həlak olanların sayı 14 014 nəfərə çatıb. Yaralıların sayı isə 63 794 nəfərə yüksəlib.

***

Türkiyə Prezidenti həlak olan və yaralılarla bağlı yeni sayı açıqlayıb.

Onun sözlərinə görə, həlak olanların sayı 16 546, yaralıların sayı isə 66 132 nəfərə çatıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 134, yaralananların sayı isə 70 347 nəfərə çatıb. 

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 674, yaralananların sayı isə 72 879 nəfərə çatıb.

***

Ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərə yüksəlib.