Türkiyənin İstanbul şəhərinin Avcılar səmtində metrobus dayanacaqda gözləyən başqa bir metrobusla toqquşub.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, toqquşma nəticəsində meydana gələn qəzada 2-si uşaq olmaqla 21 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım və polis çağırılıb.
Qəza səbəbindən xidmətlər dayandırılıb, metrobuslarda uzun növbələr və sərnişin sıxlığı yaranıb.