Xankəndidə yanğın törədən şəxs həbs olundu - Foto

xankendide-yangin-toreden-sexs-hebs-olundu
Oxunma sayı: 12545

İyulun 27-si Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılovun yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsızlıqdan davranması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.