Yolu azaraq gecəni meşədə keçirən qadın tapıldı

yolu-azaraq-geceni-mesede-keciren-qadin-tapildi
Oxunma sayı: 2702

Gecə saatlarında Qəbələ rayonunda yolu azaraq meşə sahəsində itən qadın tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bum qəsəbəsi ərazisində baş verib.

Bir nəfərin itkin düşməsi barədə FHN-ə müraciət edilib. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.