İndoneziyada güclü zəlzələ oldu

indoneziyada-guclu-zelzele-oldu
Oxunma sayı: 1438

İndoneziyada güclü zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, İndoneziyanın Sabang şəhərindən 258 kilometr şimal-şimal-qərbdə 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların episentri 6,70 dərəcə şimal eni və 93,12 dərəcə şərq uzunluğunda, 10,0 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.