Yeni imici ilə gündəmə gələn Qvardiola - “Özümü 75 yaşında hiss edirəm”

yeni-imici-ile-gundeme-gelen-qvardiola
Oxunma sayı: 2905

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola özünü 75 yaşında hiss etdiyini deyib. 

“Qafqazinfo” xəbər verir ki, 54 yaşlı mütəxəssis yeni imici ilə gündəmə gəldikdən sonra bu barədə danışıb:

“Kriştianu Ronaldo bioloji yaşının 28 olduğunu bildirmişdi. Amma mənim bioloji yaşım sanki 75-dir. Özümü o qədər bərbad hiss edirəm. Hazırda hər yerim ağrayır”. 

O, həmçinin “Mançester Siti” ilə müqaviləsi başa çatandan sonra istirahətə çıxacağını deyib.