Arif Babayevin vəziyyəti hələ də ağırdır

arif-babayevin-veziyyeti-hele-de-agirdir
Oxunma sayı: 2057

Xalq artisti Arif Babayevin vəziyyətində hələ də heç bir dəyişiklik yoxdur.

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev “Qafqazinfo”ya bildirib ki, xanəndənin vəziyyəti ağırdır.

“Bu gün saat 10:00-a olan məlumata əsasən, xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir”, - baş həkim qeyd edib.

Nuranə Daxilqızı