Türkiyədə tətilin ilk 4 günü 2500-ə yaxın qəza olub

turkiyede-tetilin-ilk-4-gunu-2500-e-yaxin-qeza-olub
Oxunma sayı: 1531

Türkiyədə Ramazan bayram tətilinin ilk 4 günündə baş vermiş yol qəzaları 26 nəfərin həyatına son qoyub.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə səhifəsində bildirib. O qeyd edib ki, 4 gündə ölkə ərazisində ümumilikdə 2453 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda vəfat edən 26 nəfərdən başqa, 3870 nəfər xəsarət alıb.

Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar Türkiyədə 9 günlük (06-14 aprel) tətil elan edilib. Tətil günlərində milyonlarla insanın böyük şəhərlərdən ölkənin bölgələrinə və istirahət zonalarına axını müahidə edilir.