Türkiyəli müğənni Hilal Özdemir karyerasında yeni səhifə açıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik-Türkiyə” məlumat yayıb.
Belə ki, yerli idarəetmə orqanlarına seçkilərdə muxtarlığa namizəd olan Özdemir qalib gəlib.
Özdemir qələbə xəbərini izləyiciləri ilə belə paylaşıb:
“Hörmətli Suadiye sakinləri, 31.03.2024-cü il yerli seçkilərdə mənə və komandama səs verən və qalib gəlməyimizə kömək edən hər kəsə təşəkkür edirəm. Yeni dövrdə də sizlərlə birlikdə məhəlləmizə gözəl xidmətlər göstərməyə davam edəcəyik”.