Türkiyənin bu ərazisi fəlakət zonası elan edildi

turkiyenin-bu-erazisi-felaket-zonasi-elan-edildi
Oxunma sayı: 3540

Türkiyənin sürüşmə və daşqınlardan zərər çəkən Zonguldak vilayətinin Ereğli rayonu bu gündən etibarən fəlakət zonası elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

Nazir açıqlamada 19 noyabr Zonguldak vilayətində yağan şiddətli yağışlardan sonra baş verən sürüşmə və sel nəticəsində 133 damın uçmasının qeydə alındığını bildirib.

Yerlikaya indiyə qədər 54 ev və 226 iş yerinin zərər gördüyünü qeyd edib.