Türkiyənin yanğın bölgəsində 5,5 bal gücündə zəlzələ

turkiyenin-yangin-bolgesinde-55-bal-gucunde-zelzele
Oxunma sayı: 1600

Türkiyənin Muğla vilayətinin Datça sahillərində, Egey dənizində 5,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 02:25-də yerin 5,59 kilometr dərinliyində olub.

Zəlzələnin ardından 3,6, 3,8 və 3,7 bal gücündə ardıcıl təkanlar qeydə alınıb.

07:31-də daha bir zəlzələ baş verib ki, bunun da dərinliyi 10,86 kilometr, gücü 5,5 bal olub.