Türkiyənin zəlzələ bölgəsindəki kənd evləri bu tarixdə təhvil veriləcək

turkiyenin-zelzele-bolgesindeki-kend-evleri-bu-tarixde-tehvil-verilecek
Oxunma sayı: 1412

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən zərər çəkmiş ərazilərdə tikilməkdə olan polad kənd evlərinin birinci mərhələsi fevralın 6-da sahiblərinə təhvil veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki sosial media hesabında paylaşım edib.

O, tamamlanan polad kənd evlərinin görüntülərini paylaşaraq, “Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Son 6 gün”, - qeyd edib.