Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onun qarın boşluğuna batıb.
O, dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
İlkin məlumata görə, 24 yaşlı şəxs yaxın qohumları ilə evdə turşu hazırlayırmış.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 21:00 radələrində xəsarət alması səbəbilə 2002-ci il təvəllüdlü şəxs (qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Ona qarının ön divarının kəsilmiş , deşilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alan şəxs üzərində cərrahi əməliyyat icra edilib.
Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti stabil qiymətləndirilir”.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər