Üçüncü aviadaşıyıcı zərbə qrupu Yaxın Şərqə göndərilir

ucuncu-aviadasiyici-zerbe-qrupu-yaxin-serqe-gonderilir
Oxunma sayı: 810

ABŞ “USS George H.W. Bush” aviadaşıyıcısının başçılıq etdiyi üçüncü zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. 

“Üçüncü aviadaşıyıcı zərbə qrupu Atlantik okeanını keçməyə və İrana qarşı müharibəyə qoşulmağa hazırlaşır. “USS George H.W. Bush” aviadaşıyıcısının yerdəyişməsinin yaxın zamanda baş tutacağı gözlənilir”, - telekanalın məlumatında deyilir.

Qeyd edək ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” aviadaşıyıcısı İrana qarşı hərbi əməliyyatların aparıldığı bölgədədir. İkinci aviadaşıyıcı - “USS Gerald R. Ford” isə Qırmızı dənizdədir.