UEFA-dan Əliyar Ağayevə təyinat

uefa-dan-eliyar-agayeve-teyinat
Oxunma sayı: 1481

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferentsvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.