UEFA-dan Kamal Umudluya təyinat

uefa-dan-kamal-umudluya-teyinat
Oxunma sayı: 1918

Kamal Umudlu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq. 

“Qafqazinfo” xəbər verir ki, o, dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. 

Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.