Ağsuda qəza - Sürücü yaralandı, arvadı öldü

agsuda-qeza
Oxunma sayı: 217

Ötən gün Ağsuda yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. 

Nəticədə “VAZ-2106”nın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb. 

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.