Ukrayna dənizə çıxışını itirib - KİV

ukrayna-denize-cixisini-itirib
Oxunma sayı: 820

Rusiyanın Odessadakı obyektlərə zərbələri səbəbindən Ukrayna Qara dənizə birbaşa çıxışını itirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Rusiyanın zərbələri Ukraynanın ixracatının 90 faizinin həyata keçirildiyi dəniz limanlarını, faktiki olaraq, blokadaya alıb”, - məlumatda deyilir. 

Bildirilir ki, mövcud vəziyyəti nəzərə alan Ukrayna tərəfi yükləri daha az yükgötürmə qabiliyyətinə malik olan Dunay çayı üzərindəki limanlara, həmçinin ölkənin qərb sərhədindəki dəmiryolu məntəqələrinə yönləndirməli olub.