Ukraynadan bu ölkələrin müdafiə sənayesinə qarşı 50 illik sanksiya

ukraynadan-bu-olkelerin-mudafie-senayesine-qarsi-50-illik-sanksiya
Oxunma sayı: 1893

Ukrayna Parlamenti (Ali Rada) Rusiya və Belarusun müdafiə sənayesinə qarşı 50 illik sanksiya qərarını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ukraynalı deputat Yarislav Jeleznyak sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, Prezident Volodimir Zelenskinin Ukrayna Ali Radasına təqdim etdiyi qanun layihəsi müzakirə edilib.

“İclasda iştirak edən 304 deputatın dəstəklədiyi qanun layihəsi ilə Rusiya və Belarusla müdafiə sahəsində hər cür əməkdaşlıq, ortaq layihə və proqramlar qadağan edilib, hərbi və ikili təyinatlı məhsulların idxalı dayandırılıb. Müdafiə sahəsində çalışan Rusiya və Belarus şirkətlərinə hər hansı texnologiya və məlumat ötürülməsinə icazə verilməyəcək”, - deyə ukraynalı deputat bildirib.