Ukraynanın bərpası 486 milyard dollara başa gələcək

ukraynanin-berpasi-486-milyard-dollara-basa-gelecek
Oxunma sayı: 1495

Rusiya ilə münaqişədən sonra Ukraynanın bərpası 452,8 milyard avroya başa gələcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda qeyd olunub. 

“2023-cü il dekabrın 31-nə olan məlumata görə, Ukraynanın növbəti onillikdə yenidən qurulması və bərpası 486 milyard dollara (452,8 milyard avro) başa gələcək”, - deyə məlumatda bildirilir.

Ötən il isə bu məbləğ 411 milyard dollar (383 milyard avro) olaraq qiymətləndirilirdi.