Ukraynanın bu il Aİ-dən nə qədər pul alacağı açıqlandı

ukraynanin-bu-il-ai-den-ne-qeder-pul-alacagi-aciqlandi
Oxunma sayı: 2173

Bu il Kiyev Aİ-nin Brüsseldə keçirilən sammitində təsdiq edilmiş 50 milyard avro dəyərində yeni dördillik dəstək proqramı çərçivəsində 18 milyard avro almağı planlaşdırır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki,  bu barədə Ukrayna iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev açıqlama verib.

“Biz bu proqramdan birbaşa büdcəyə daxil olacaq 18 milyard avroya arxalana bilərik”, - o bildirib.

Sobolev əlavə edib ki, Avropa İttifaqının yeni dəstək proqramı Kiyevə güzəştli şərtlərlə kreditlərin verilməsini də nəzərdə tutur.

Qeyd edək ki, fevralın 1-də Aİ Kiyevə 50 milyard avro yardımı təsdiqləsə də, müəyyən şərtlər irəli sürüb. Bunlara demokratik prinsiplərə və insan hüquqlarına, o cümlədən azlıqlara hörmət və qanunun aliliyi daxildir.