Türkiyədə keçmiş futbolçu Ümit Karanın da daxil olduğu genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində saxlanılan şəxslər barəsində həbs qərarı çıxarılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 23 şübhəlinin məhkəmə prosesi yekunlaşıb.
Məlumata görə, məhkəmənin qərarı ilə aralarında keçmiş futbolçu Ümit Karanın da olduğu 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, Ü. Karan “ölkə daxilində narkotik və ya stimullaşdırıcı maddələrin qanunsuz satışı, daşınması və saxlanması” kimi ağır maddələrlə ittiham olunur.
Xatırladaq ki, saxlanılanlar arasında tanınmış sənətçilər və iş adamlarının da adları keçir.
Son xəbərlər
Son Xəbərlər