“Qalatasaray”ın sabiq hücumçusu Ümit Karan saxlanılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Sabiha Gökçen Hava Limanında baş verib.
Ümit Karan polis tərəfindən aparılan genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan şəxslər arasında yer alıb. Əməliyyatın narkotiklərlə mübarizə istiqamətində aparıldığı və bir neçə nəfərin eyni vaxtda nəzarətə götürüldüyü qeyd olunur.
Ümit Karan saxlanıldıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən dindirilib və məsələ ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, Ümit Karan futbolçu karyerasını başa vurduqdan sonra televiziya kanallarında futbol şərhçisi kimi fəaliyyət göstərirdi. O, “Qalatasaray” forması ilə Türkiyə çempionatında və avrokuboklarda uğurlu çıxışları ilə tanınıb.
Son xəbərlər
Son Xəbərlər