Ürfan Abbasov “Kəpəz”ə keçdi

urfan-abbasov-kepeze-kecdi
Oxunma sayı: 295

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferi rəsmiləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gəncə təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. 

Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, U.Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.