Vatsap qrupunda etdiyi zarafat baha başa gəldi

vatsap-qrupunda-etdiyi-zarafat-baha-basa-geldi
Oxunma sayı: 1808

ABŞ-nin Florida ştatında universitet tələbəsinin İsrail Baş naziri Benyamin Netanyahu haqqında vatsapda yazdığı zarafat xarakterli mesaj ciddi hüquqi nəticələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Florida Universitetinin tələbəsi Qabriela Saldana qrup çatında “Netanyahu, məni eşidirsənsə, məktəbə bomba göndər” məzmunlu mesaj paylaşıb.

Tələbə sonradan bunun “zarafat” olduğunu desə də, mesaj digər tələbələr tərəfindən təhlükəli hesab edilərək, hüquq-mühafizə orqanlarına bildirilib.

Hadisədən sonra polis Federal Təhqiqatlar Bürosunun (FTB) dəstəyi ilə araşdırma başladıb. Rəsmilər bildiriblər ki, mesaj konkret ünvan və hədəf ehtiva etdiyi üçün “real təhdid” kimi qiymətləndirilib.

Tələbə “yazılı təhdid” ittihamı ilə saxlanılıb və Florida qanunlarına əsasən 15 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Məhkəmə prosesində hakim qeyd edib ki, mesajın zarafat kimi nəzərdə tutulduğu iddia olunsa da, məzmunun xarici baxışdan ciddi təhlükə kimi qəbul edildiyini vurğulamaq mümkündür.