Velosiped sürərkən yıxılan kişi öldü

velosiped-surerken-yixilan-kisi-oldu
Oxunma sayı: 923

Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Aşağı Ləki kəndi ərazisində 38 yaşlı Ə.Qədirov velosiped sürərkən yıxılıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Ə.Qədirov epilepsiyadan əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.