Vətən Müharibəsi Qəhrəmanının yubileyidir

veten-muharibesi-qehremaninin-yubileyidir
Oxunma sayı: 869

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanovun yubileyidir.

“Qafqazinfo” xəbər verir ki, polkovnikin 50 yaşı tamam olur.

Nizami Mövlanov 44 günlük Vətən Müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün şücaət göstərib. 

Müharibədən sonra Prezidentin Sərəncamı ilə polkovnik Mövlanov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hadrutun azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib, həmçinin ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Qubalı polkovnik hərbi xidmətdə göstərdiyi nailiyyətlərlə yanaşı, Azərbaycan Ordusunun şəxsi heyətinin hazırlığına verdiyi töhfə ilə də tanınır.