Vətən Müharibəsində tarix yazan tarix müəllimi - Fotolar

veten-muharibesinde-tarix-yazan-tarix-muellimi
Oxunma sayı: 2388

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Fuad Məmmədovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Fuad Yasin oğlu Məmmədov 1991-ci ildə anadan olub.

2008-ci ildə Bakı şəhəri 286 nömrəli tam orta məktəbi bitirib. 2011-2016-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

İlk müəllimlik fəaliyyətinə 2018-ci ildə Bakı şəhəri 274 saylı tam orta məktəbdə başlayan F.Məmmədov hazırda 139 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışır.
F.Məmmədov Vətən Müharibəsi başlayan kimi könüllü olaraq döyüş bölgəsinə yollanıb. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsindəki xidmətlərinə görə o, "Füzulinin azad olunması " və "Xocavəndin azad olunması" medalları ilə təltif olunub.

Vətən Müharibəsi zamanı ruhumuza hakim olan həmrəyliyin bundan sonra da Vətənimizin etibarlı müdafiəsində öz bəhrəsini verəcəyini deyən F.Məmmədov bu müqəddəs yolda tarix yazan müəllimlərin də müstəsna rolundan qürurla söz açıb.