Vətən müharibəsindən başıuca çıxmağı bacardı... - Fotolar

veten-muharibesinden-basiuca-cixmagi-bacardi
Oxunma sayı: 2825

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi zamanı xüsusi fəallığı ilə seçilən müəllim Orxan Rəfiyevin bioqrafiyasını təqdim edirik:

Orxan Babahəsən oğlu Rəfiyev 1988-ci il iyulun 29-da anadan olub. 2006-cı ildə Bakı şəhəri 274 nömrəli tam orta məktəbi bitirib. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənclərin çağırışaqədərki hərbi hazırlıq və fiziki tərbiyə fakültəsində təhsil alıb. 2010-cu ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin Zabitlik Məktəbində kurs keçib.

İlk müəllimlik fəaliyyətinə Bakı şəhəri 184 nömrəli məktəbdə başlayan Orxan Rəfiyev 2018-ci ildən paytaxtdakı 157 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır. 2019-cu ildə məktəbin ilk Həmkarlar İttifaqının sədri seçilib.

Həm müəllimlik, həm də hərbi fəaliyyəti zamanı bir çox fəxri fərman və sertifikatlara layiq görülüb.

O.Rəfiyev Vətən Müharibəsi zamanı çağırışçıların, müvafiq texnika və canlı qüvvənin ön cəbhəyə çatdırılmasında yaxından iştirak edib. Vətən Müharibəsi zamanı fəallığına görə o, “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif edilib.

Azərbaycan müəllimi də Vətən müharibəsindən başıuca çıxmağı bacardı, deyən O.Rəfiyev bundan sonrakı müəllimlik fəaliyyəti zamanı da dostumuzu və düşmənimizi şagirdlərinə tanıdacağını qarşısına məqsəd qoyub.