Vətən müharibəsinin daha bir qəhrəman müəllimi - Fotolar

veten-muharibesinin-daha-bir-qehreman-muellimi
Oxunma sayı: 2059

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Vahid İbrahimovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Vahid İldırım oğlu İbrahimov 1984-cü ildə anadan olub.
2001-ci ildə Ağcabədi rayonu Aşağı Qiyaməddinli kənd tam orta məktəbini bitirib. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb.

2006-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit hazırlığı kursu keçərək leytenant rütbəsi alıb. 2006-2008-ci illərdə “N” saylı hərbi hissədə artilleriya taqım komandiri və artilleriya batareyasının komandiri vəzifələrində xidmət edib.

İlk müəllimlik fəaliyyətinə 2009-cu ildə Bakı şəhəri 181 nömrəli tam orta məktəbdə başlayan V.İbrahimov 2015-ci ildən paytaxtdakı Texniki-Humanitar Liseydə fizika müəllimi vəzifəsində çalışır.
Vətən Müharibəsi başlayan kimi könüllü cəbhə bölgəsinə yollanaraq Füzuli, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsindən sonra baş leytenant rütbəsi alan V.İbrahimov xidmətlərinə görə “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən Müharibəsində Azərbaycan xalqının haqq uğrunda mübarizə aparmaq əzmini, döyüş ruhunu bütün dünyaya nümayiş etdirdiyini deyən V.İbrahimov bundan sonrakı müəllimlik fəaliyyəti zamanı da haqq savaşında Vətəni canından əziz tutanların unudulmaması üçün əlindən gələni edəcəyini bildirir.