“Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada “Azad söz” kanalının rəhbəri bloqer Tural Sadıqlıya deyib.
“Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir”, - deyə Prezidentin köməkçisi T.Sadıqlıya bildirib.
Qeyd edək ki, Tural Sadıqlı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, terrora açıq çağırışlar və başqa maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O, prokurorluğun rəsmi çağırışlarına gəlmədiyi üçün iş materialları qiyabi icraatda baxılması üçün məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Sadıqlı verilmiş ittihamlarla təqsirli bilinib. Ona 14 il müddətinə qiyabi azadlıqdan məhrumetmə cəzası verilib.
Son xəbərlər
Son Xəbərlər