“Vətənə xidmət uşaqların gözündə” adlı tədbir keçirildi - Fotolar

vetene-xidmet-usaqlarin-gozunde-adli-tedbir-kecirildi
Oxunma sayı: 204

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü ərəfəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Vətənə xidmət uşaqların gözündə” adlı tədbirdə məktəblilərin vətənpərvərlik, vətənə bağlılıq və hərbi xidmət mövzusunda çəkdikləri rəsm əsərləri nümayiş olunub. 

Tədbirdə mərkəzin rəhbəri Aydan Abdullazadə, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağaəli İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, şəhid ailələri, müəllimlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Füzuli İsmayılov uşaqlarda vətənpərvərlik hissi, qalib ölkənin vətəndaşı olmaq, sağlam həyat tərzi, ölkənin inkişafı, regionun lider dövləti olan Azərbaycanın nüfuzu barədə danışıb. Xalq rəssamı Ağaəli İbrahimov isə balaca rəssamlara öz məsləhət və tövsiyələrini verib, həmçinin Xidməti 14-cü ildönümü münasibətilə təbrik edib.

Tədbirdə gənc rəssamların təbrik videosu nümayiş olunub. Həmçinin şəhid övladlarından ibarət xorun və mərkəzin digər üzvlərinin ifasında müxtəlif mahnılar səsləndirilib.

Rəsmi hissə bitdikdən sonra foyedə təşkil olunan kiçik sərgidə uşaqların rəsm əsrləri nümayiş olunub.