Vinisius “Real”la müqaviləni uzadacaq

vinisius-realla-muqavileni-uzadacaq
Oxunma sayı: 338

“Real Madrid”in braziliyalı ulduzu Vinisius Juniorun gələcəyi ilə bağlı yayılan şayiələrə aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun sosial şəbəkə hesabında verdiyi məlumata görə, o, klubla müqavilənin müddətini uzatmağa çox yaxındır:

“Sözlü razılığın əldə olunması prosesi artıq yekun mərhələdədir. Tərəflər uzunmüddətli yeni müqavilənin son detallarını müzakirə edirlər”.

Məlumata görə, “Kral klubu”nun baş məşqçisi Joze Mourinyo Vinisiusun komandada qalmasını və çıxışını davam etdirməsini şəxsən tələb edib. 

Xatırladaq ki, braziliyalı ulduz bundan öncə sosial şəbəkə hesabında bütün paylaşımlarını silmişdi.