Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos”MMC-nin direktoru Nadir Məmmədov kassasiya şikayəti verib.
“Qafqazinfo” xəbər verir ki, keçmiş direktor şikayət ərizəsində cəzasının yüngülləşdirilməsini xahiş edib.
Həmçinin oxuyun: Суд вынес приговор отцу-истязателю
İş Ali Məhkəmənin icraatına qəbul edilib.
Qeyd edək ki, Nadir Məmmədov və 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olmuş Vüqar Səfərli 2021-ci ildə həbs ediliblər.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli biliniblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, Nadir Məmmədov 6 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər