Xalq artisti yıxılıb xəstəxanalıq oldu

xalq-artisti-yixilib-xestexanaliq-oldu
Oxunma sayı: 6602

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.

R. Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır. 

Məlumatı teatrın Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.